Prokurorluqdan tələbənin qətli ilə bağlı açıqlama 

10:38 05.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 4-ü saat 1 radələrində 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevin Mingəçevir şəhəri ərazisində işlədiyi kafenin yaxınlığında qəsdən öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Mingəçevir şəhər prokurorluğundan hafta.az-a verilən məlumata görə, zərərçəkmişlə eyni kafedə işləyən 2004-cü il təvəllüdlü Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Alıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb.

 

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

 Kənan Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq  davam edir.